"Millət vəkillərinin hamısının toxunulmazlığı ləğv olunsun" - Sensasion təklif

18-03-2016, 00:52           
"Millət vəkillərinin hamısının toxunulmazlığı ləğv olunsun" - Sensasion təklif
Türkiyənin baş naziri Əhməd Davudoğlu parlamentin bir qərar qəbul edərək bütün millət vəkillərinin toxunulmazlığını ləğv etməsini təklif edib

Türkiyə İş Adamları Konfederasiyasında çıxış edən Davudoğlu 506 millət vəkilinin toxunulmazlığını ləğv edən qanun layihəsinin bir dəfəyə qəbul edilməsini təklif edib.

Digər partiyaların toxunulmazlıq mövzusundakı mövqeyini görmək istədiklərini vurğulayan Davudoğlu bunun bir səmimiyyət testi olduğunu söyləyib.

“Bəzi millət vəkilləri cəmiyyətin vicdanını zədələyən addımları atmaqda davam edir. Biz Ədalət və İnkişaf Partiyası olaraq bu cür hərəkətlərin qarşısında mövqeyimizi ortaya qoyduq. Bugünkü çağırışımızla bütün vəkillər üçün toxunulmazlığın ləğv edilməsini təklif edirik. Dünyanın heç bir yerində bir terrorçunun cənazəsinə gedən millət vəkili ola bilməz. Buna dəstək olan bir partiya da ola bilməz”

Davudoğlunun bu açıqlamasından sonra Cumhuriyyət Xalq Partiyasının (CHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvləri də məsələyə müsbət baxdıqlarını açıqlayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.