Azərbaycandan Iğdıra avtomobil yolu çəkiləcək

29-11-2021, 16:15           
Azərbaycandan Iğdıra avtomobil yolu çəkiləcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan Iğdıra magistral yolun çəkiləcəyini bildirib.

“Anadolu” xəbər verir ki, Türkmənistandan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, magistral yolun çəkilməsi ilə Naxçıvan problemi həll ediləcək, digər tərəfdən isə Ermənistan torpaqlarından keçməklə Azərbaycanın Iğdır ilə əlaqəsinin qurulması çox uğurlu addım olacaq.

“Bundan başqa, istər avtomobil yolu, istərsə də dəmir yolu ilə insan və yük daşımalarında mühüm addım atılacaq”, - Türkiyə dövlət başçısı vurğulayıb./apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru