Zelenskinin ofisi Ərdoğanın təklifini dəstəklədi

30-11-2021, 07:38           
Zelenskinin ofisi Ərdoğanın təklifini dəstəklədi
Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi Türkiyə lideri Rəcəb Ərdoğanın Kiyev və Moskva arasında vasitəçilik təklifini dəstəkləyib.

Redaktor.az xəbər verir ki, bu barədə “Vesti.ua” “Telegram” kanalı məlumat yayıb.

Ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ankaranın mövqeyi həmişə xüsusi şəkildə əsaslandırılır və digər oyunçular tərəfindən nəzərə alınır.

“Biz prezident Ərdoğanın bu fəaliyyətini çox yüksək qiymətləndiririk və minnətdarıq. Rusiya tərəfinin Türkiyə prezidentinin vasitəçilik səylərini rədd etməməsi daha düzgün olardı”, - deyə Podolyak bildirib.

Qeyd edək ki, Ərdoğan Türkiyənın Rusiya və Ukrayna arasında potensial münaqişənin həlli ilə bağlı vasitəçiliyə hazır olduğunu bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru