Lirənin kəskin düşməsi Türkiyədə işləyən vətəndaşlarımıza da mənfi təsir edir...

1-12-2021, 11:15           
Lirənin kəskin düşməsi Türkiyədə işləyən vətəndaşlarımıza da mənfi təsir edir...
Pərviz Heydərov: “Lirənin dəyər itirməsi həmin ölkədə yaşayıb-işləyən sahibkarların iqtisadi durumuna da mənfi təsir edir”
img
Məlumdur ki, son zamanlar Türkiyə milli valyutası dəyər itirməkdə davam edir. Qardaş ölkədə lirənin dəyər itirməsi tək ölkənin iqtisadiyyatına deyil, eyni zamanda, Türkiyədə işləyən azərbaycanlıların da vəziyyətinə mənfi təsir edib. Türkiyə milli valyutasının kəskin dəyər itirməsi bu ölkədə işləyən azərbaycanlılar və onların Azərbaycanda pul gözləyən ailələrini də çətin duruma salıb.

Türkiyə yaşayıb-işləyən azərbaycanlılar bildirir ki, lirənin ucuzlaşması onların sosial iqtisadi vəziyyətinə mənfi təsir edib.

“Türkiyədə yaşayan azərbaycanlılar üçün lirənin dəyər itirməsi həm onların ailələrinə, həm də mənsub olduqları ölkəyə pul göndərməkdə çətinlik çəkməsinə səbəb olur”

İqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, istənilən ölkədə milli valyuta dəyər itirərsə, orada çalışan digər ölkələrin vətəndaşları həmin ölkənin insanları ilə eyni dərəcədə çətinlik çəkir: “Türkiyədə yaşayan azərbaycanlılar üçün lirənin dəyər itirməsi həm də onların ailələrinə, mənsub olduqları ölkəyə pul göndərməkdə çətinlik çəkməsinə səbəb olur. Çox güman ki, Türkiyədə yaşayan azərbaycanlılar öz doğmalarına vəsaiti xarici valyuta ilə göndərirdilər. Lirənin dəyər itirməsi həmin ölkədə yaşayıb-işləyən sahibkarların iqtisadi durumuna da mənfi təsir edir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Türkiyə lirəsi tək dollar qarşısında yox, digər valyutalara nisbətdə də dəyər itirməkdədir. Lirənin sürətlə ucuzlaşması Türkiyə iqtisadiyyatında vəziyyətin qeyri-qənaətbəxş olduğunu göstərir. Əvvəllər də lirənin ABŞ dolları qarşısında ucuzlaşmasına şahid olmuşuq. Amma bu, müəyyən bir vaxt çərçivəsində davam edib və sonradan lirənin öz gücünü bərpa etdiyinə şahid olmuşuq. Amma indi proses çox sürətlə və dərinə gedir. Bu isə ciddi narahatlıq doğurur. Çünki Türkiyə iqtisadiyyatı çox güclü rəqabət imkanlarına malikdir: “Türk lirəsinin ucuzlaşması davam edəcək. Ölkənin xarici valyuta gəlirləri çoxluq təşkil etməsə, lirənin kəskin ucuzlaşması davam edəcək”.

Günel CƏLİLOVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.