“Bir sıra NATO dövlətləri Türkiyənin PUA-larını almaqda maraqlıdır” - Çavuşoğlu

4-12-2021, 20:20           
“Bir sıra NATO dövlətləri Türkiyənin PUA-larını almaqda maraqlıdır” - Çavuşoğlu
“Bir sıra Avropa İttifaqı və NATO dövlətləri Türkiyənin hərbi pilotsuz uçuş aparatlarını almaqda maraqlıdır”.

“Report”un məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada keçirilən “Müdafiə və Aviasiya Sənayesi üzrə Qlobal Strategiyalar - 2021” konfransında bildirib.

“Pilotsuz təyyarələrin Polşa tərəfindən alınması bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki NATO və Aİ üzvü olan bir ölkə ilk dəfə olaraq hərbi arsenalını Türkiyə istehsalı olan texnika ilə təchiz edir. Hazırda Avropa İttifaqının və NATO-nun bir sıra digər ölkələri bizim bu növ hərbi məhsullarımızla maraqlanır”, - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru