Türkiyədə dəhşət: Tələbənin başını kəsib sinəsinə tikdilər

8-12-2021, 17:02           
Türkiyədə dəhşət: Tələbənin başını kəsib sinəsinə tikdilər
Antalyada tələbə yataqxanasında dəhşətli cinayət hadisəsi qeydə alınıb.

Teref.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yataqxanada aşpaz işləyən İhsan Güneylə tələbə Mehmet Sami Tuğrul arasında mübahisə yaşanıb. Hadisə zamanı ətrafdakı insanlar onları ayırmağa çalışsa da, buna nail ola bilməyiblər.

Əlbəyaxa davadan sonra İhsan tələbənin başını kəsib. Cani bundan sonra mərhumun başını sinəsinə tikib. Dəhşətli əməldən sonra o, polis tərəfindən saxlanılıb. Polislərə ilkin ifadəsində, aşpaz Mehmetin çox sakit bir tələbə olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi açılıb. İhan Güney həbs olunub.

Qeyd edək ki, Mehmet Sami Tuğrul Akdeniz Universiteti Kompüter Mühəndisliyi fakültəsinin 1-ci kurs tələbəsi olub.

Yenisabah












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru