Türkiyə qırıcıları İŞİD-i bombaladı - Son dəqiqə

27-03-2016, 01:00           
Türkiyə qırıcıları İŞİD-i bombaladı - Son dəqiqə
İŞİD-in bir Türkiyə əsgərini öldürməsindən sonra , türk hərbi təyyarələri qruplaşmanın dörd hədəfini bombardıman edib.

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə ordusunun baş qərərgahından yayılan açıqlamada bildirilib.

Məlumata görə, bu gün Şimali İraqda İŞİD-in atdığı katyuşa mərmiləri türk əsgərlərinin yerləşdiyi Gedu Üs bölgəsinə düşüb. Hadisə nəticəsində bir türk əsgəri ölüb, biri isə yüngül yaralanıb.

Bundan bir qədər sonra, Türkiyə ordusu hərbi təyyarələr, "fırtına" döyüş maşınları və top atan tanklarla İŞİD-in mövqelərini bombalayıb.

Türkiyə silahlı qüvvələrinin baş qərargahından yayılan açıqlaçmaya görə, İŞİD hədəfləri dəqiqliklə vurulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru