“Ərdoğanı sevmirəm, amma onu ABŞ-a vermərəm”

28-03-2016, 19:32           
“Ərdoğanı sevmirəm, amma onu ABŞ-a vermərəm”
Ərdoğan hər şeyə rəğmən, bu dövlətin ən yüksək vəzifəli şəxsidir və vətəndaşların səsi ilə prezident olub.

Axar.az xəbər verir ki, bu sözlər ehtiyatda olan general Naci Beştəpənin Türkiyə mətbuatında yayımlanan köşə yazısında yer alıb. Onun sözlərinə görə, Ərdoğanı hakimiyyətdən endirmək, mühakimə etmək yalnız türk xalqının işidir:

“Son günlərdə ABŞ tərəfindən yönlənən təhdidlər qəbuledilməzdir. ABŞ istəyir deyə ki, türk ordusu nə çevriliş edə, nə də ki, Türkiyə prezidenti başqa vasitələrlə devrilə bilər.

Ərdoğana qarşı olmaq, onu sevməmək başqa şeydir. Xarici müdaxiləyə isti yanaşmaq ondan sonra baş verənləri də qəbul etmək deməkdir. Ərdoğanı devirən şəxslər onu yerinə maraqlarımıza, şərəfimizə daha uyğun adammı gətirəcəklər? İplər kimin əlində olacaq? Zərrabın prezidentin ABŞ səyahətindən öncə tutulması anlaşılandır. Bu barədə əmr verən prokurorun belə Ərdoğanın otelinin önündə görünməsi Türkiyə üçün təhqirdir. Bunu heç bir türk vətəndaşı qəbul edə bilməz. Ərdoğanı sevmirəm, amma onu ABŞ-a heç vaxt vermərəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.