Pakistan Türkiyədən “Atak” helikopterinin alınmasını ləğv etmək qərarına gəlib

6-01-2022, 13:07           
Pakistan Türkiyədən “Atak” helikopterinin alınmasını ləğv etmək qərarına gəlib
Pakistan gecikmələrdən sonra 2018-ci ildə sifariş verdiyi 30 ədəd T129 “Atak” hücum helikopterinin tədarükünü ləğv etmək qərarına gəlib. Ordu.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Babar İftixar məlumat yayıb.

Pakistan 2018-ci ildə 1,5 milyard ABŞ dolları dəyərində 30 ədəd T129 “Atak” hücum və taktiki kəşfiyyat helikopteri sifariş edib, lakin ABŞ-ın uzun müddət helikopterdə istifadə edilən LHTEC-T800 mühərrikləri üçün ixrac icazəsinə cavab verməməsi səbəbindən satış həyata keçirilə bilmədi.

“Türkiyə razılaşmasına gəlincə, biz bundan imtina etdik. Siz Çin danışıqlarını qeyd etdiniz, bəli. İnşallah, onlardan silahlı helikopterlər alacağıq”, - deyə Pakistan rəsmisi jurnalistin sualına cavab olaraq bildirib.

İftixar təsdiqləyib ki, Pakistan hazırda Z-10ME helikopterləri üçün Çinlə danışıqlar aparır. Pakistan daha əvvəl 2014-cü ildə Z-10 helikopterlərinin alınması üçün Çinlə danışıqlar aparmış, lakin performans qiymətləndirmələrindən sonra T-129 almağa razılaşmışdılar.

Türkiyə uzun müddətdir ki, razılaşmanın həyata keçirilməsi üçün ABŞ tərəfi ilə danışıqlar aparır və mühərriklər üçün ixrac lisenziyası almağa çalışır, lakin Pakistan tərəfinin açıqlamasına görə, illərdir davam edən bu proses başa çatıb.

Sevinc Əliyeva
ordu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.