Türkiyədə - 50% İNFLYASİYA PROQNOZU

6-01-2022, 15:45           
Türkiyədə - 50% İNFLYASİYA PROQNOZU
Qlobal investisiya bankı JP Morgan, Türkiyədə inflyasiyanın may ayında 55 faizə çatacağını və noyabr ayına qədər 50 faiz ətrafında qalacağını proqnozlaşdırıb.

JP Morgan tərəfindən dərc edilən araşdırma hesabatında, erkən faiz endirimlərinin və Türk Lirəsinin ucuzlaşmasının dekabr ayında inflyasiyanın kəskin artmasına səbəb olduğu qeyd edilib.

Dekabrdakı sürpriz inflyasiyadan sonra 2022 və 2023-cü illər üçün inflyasiya gözləntilərini yenidən nəzərdən keçirdiklərini bildirən bank, inflyasiyanın may ayında 55 faizə çatacağını və noyabr ayına qədər 50 faiz ətrafında qalacağını proqnozlaşdırıb.

2022-ci ilin sonuna qədər inflyasiyanın 35%-ə düşə biləcəyini qeyd edən JP Morgan, 2023-cü ilin sonu üçün inflyasiya proqnozunu 15% səviyyəsində nəzərdə tutduqlarını qeyd edib.

JP Morgan, "Biz siyasətçilərin peşiman olduqlarını görmürük və buna görə də qarşıdakı aylarda sərt pul siyasətinin aparılacağını düşünmürük",- bildirib. (Marja)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.