Rusiyanın Qazaxıstanın şimalını işğal edəcəyi fikri səslənir, lakin... - NƏ BAŞ VERİR?

6-01-2022, 18:45           
 Rusiyanın Qazaxıstanın şimalını işğal edəcəyi fikri səslənir, lakin... -
"Qazaxstanda baş verən hadisələr daxili səbəblərdən qaynaqlanır. Rusiyanın bu problemdə iştirakı qazax cəmiyyətində birmənal qarşılanmır”. DİA.AZ xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Məmmədov Qazaxıstanda baş verən prosesləri təhlil edərkən deyib.

Politoloq bildirib ki, Rusiyanın Qazaxıstanın şimal hissəsini işğal edəcəyi ilə bağlı cəfəng fikirlər irəli sürülür:

"Bu, strateji baxımdan Rusiyaya xeyir gətirməyəcək. Lap Şimal bölgəsini işğal etsə də, Cənub bölgələri var ki, bu da fiziki olaraq Mərkəzi Asiyaya çıxışları bağlayır. Belə olan halda qeyd etməliyik ki, Qazaxıstanda baş verən hadisələr daxili problemlərdən qaynaqlanır. İkincisi, 2019-cu ildən başlanan hakimiyyət tranziti çox uzandı, hazırkı prezident və Nursultan Nazarbayev arasında ikitirəlik formalaşdı. Bu da öz növbəsində dövlət institutlarının zəifləməsinə, hətta onların bir neçə bölgədə süqutuna gətirib çıxartdı. Bu Qazaxıstan rəhbərliyinin seçimi idi. Bu, nə qədər qısa müddətli səmərəli olsa da, uzun müddətlilik baxımından Qazaxıstan dövlətçiliyi üçün yaxşı bir şey deyil”.

Politoloq hesab edir ki, problemlər hardasa silah və danışıqlar gücü ilə həllini tapacaq:

"Çünki bu, ayrı-ayrı şəhərlərdə baş verib. Silahlı qarşıdurmaları lokallaşdırıb, aradan qaldıracaqlar. Amma bu hadisələrin səbəbini həll etməyə və islahatlara getməyə ehtiyac var. Əgər buna gedilməyəcəksə, onda növbəti dalğanı gözləmək lazımdır. İslahatlar da düşünürəm ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi, yeni seçki qanunvericiliyinin işlənib hazırlanmasından keçir. Cəmiyyətin bütün təbəqələri parlament vasitəsi ilə artıq öz hüquqlarını həm müdafiə, eyni zamanda hökumətə nəzarət edə bilsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.