Türkiyə ilk “cib” peykini kosmosa buraxacaq

7-01-2022, 09:02           
Türkiyə ilk “cib” peykini kosmosa buraxacaq
Zonquldak Bülent Ecevit Universitetinin (BEU) Mühəndislik fakültəsinin tələbələrindən ibarət Kosmos Qrupu tərəfindən hazırlanan Türkiyənin ilk “cib” peyki “Grizu-263A” yanvarın 13-də kosmosa göndəriləcək.

Onun orbitə çıxarılması üçün “SpaceX Falcon 9” raketindən istifadə olunacaq.

İstanbul Texniki Universiteti Kosmos Sistemləri Sınaq Laboratoriyasının, həmçinin Türkiyə Həvəskar Peyk Texnologiyaları Dərnəyinin texniki dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanan peykin ölçüləri 5x5x5 santimetrdir.

Peykin təxminən 525 kilometr aşağı Yer orbitində 4 il 8 ay xidmət etməsi planlaşdırılır.

Mənbə: “Anadolu”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.