Əminə Ərdoğandan ABŞ-da sərt açıqlamalar - "Aralıq dənizində ölənlər suriyalı olduqları üçün dünyanın diqqətini çəkmədi"

31-03-2016, 10:08           
Əminə Ərdoğandan ABŞ-da sərt açıqlamalar - "Aralıq dənizində ölənlər suriyalı olduqları üçün dünyanın diqqətini çəkmədi"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ABŞ-da Suriya ilə bağlı keçrilən bir tədbirdə iştirak edib.


Avropa.info xəbər verir ki, ABŞ tarixinin ən önəmli ismlərindən olan Malcolm X -nın qızı yazar-sosyal aktivist Ilyasah Shabazın aparıcılıq etdiyi tədbirdə Əminə Ərdoğan çıxış edib.

Xanım Ərdoğan Türkiyənin suriyalı qaçqınlara verdiyi dəstəkdən danışıb.

"Suriyada beş ildə təxminən yarım milyon günahsız insan öldü, 6.5 milyondan çox insan qaçqın düşdü. Lakin dünya aktyorları siyasətlərin, qaçqınlara qapıları bağlamaq üzərində qurdu. Aralıq dənizi sahillərində ölənlər suriyalı olduğu üçün, müasir dünyanın, insan və qadın hüquqları təşkilatlarının diqqətini çəkmədi. Belə bir mühitdə, 3 milyon suriyalıya heç tərəddüd etmədən qapılarını açan ölkəmlə qürur hissi keçirirəm. Hal-hazırda Suriyadakı daxili döyüşdən qaçaraq, həyatlarını qurtarmağa çalışan insanların az qala yarısı bizim ölkəmizdə qonaqdır" deyə xanım Ərdoğan qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.