Prezident ABŞ-da tıxaca düşdü

31-03-2016, 12:02           
Prezident ABŞ-da tıxaca düşdü
Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-da olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tıxaca düşüb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, polisə yolu bağlamaq təlimatı verilib.

Lakin polis anlışlıqla prezident Ərdoğanın keçəcəyi yolu bağlayıb. Amerika polisinin səhv yolu bağlaması nəticəsində dövlət başçısının maşın karvanı bir müddət tıxacda qalmalı olub.

Yanlışlığın fərqinə varan polislər yolu yenidən açıblar. Ərdoğanın maşını yanlız bundan sonra yoluna davam edə bilib.

Sammitdə iştirak etmək üçün iki gün öncə ABŞ-a səfər edən Ərdoğan ötən gün dövlət katibi Con Kerri görüşüb. Görüşdə Suriya, İraq məsələləri, terror müzakirə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru