Sensasiya: - Fətullah Gülənin öz doğma qardaşını öldürtdürdüyü üzə çıxdı
31-03-2016, 18:38
“Türkiye” qəzetinin köşə yazarı Fuad Uğur bugünkü yazısında Fətullah Gülənin qardaşının ölümü ilə bağlı müəmmalı hadisə haqda yazıb.
Avropa.info xəbər verir ki, bir neçə ay bundan əvvəl xəstəxanada vəfat edən Seyfullah Gülənin Gülən şəbəkəsi tərəfindən öldürülməsi ilə bağlı yayılan iddia Ərzurumda qalmaqala səbəb olmuşdu.
Köşə yazarı Fuad Uğur da yazdığı son yazıda bu qalmaqala yer verib. Həmin yazını sizə təsdiq edirik.
“Bu iddia son bir ildə Ərzurumda dildən-dilə keçən bir iddiadır.
Kiçik bir qız uşağına oğulları ilə birgə dəfələrlə təcavüz etməkdə ittiham olunaraq haqqında cinayət işi açılan Seyfullah Gülənin öldürüldüyünü, bunu edənlərin isə Gülənçilərin olduğunu deyirlər.
Fətullah Gülən vicdan hissindən bu qədər uzaqlaşa bilərmi? Bu haqda danışanlar acıyaraq gülümsəyirlər.
İddialara görə, Seyfullah Gülən Gülənçi prokurorlar və bürokratlar tərəfindən vaxtilə bağlanan cinayət işi yenidən açılmasın deyə öldürülüb.
Çünki 17-25 dekabr dövlət çevrilişi uğursuzluğundan sonra cinayət işi yenidən açıla bilərdi. Fətullah Gülən adının ləkələnməsini, gələcək layihələrinin iflasa uğramasını istəmirdi.
Gülənin adının açıqlanmasını istəmədiyi bir yaxın adamı hadisə haqda bunları deyir:
“Seyfullah qardaş iki il əvvəl miokard infarktı keçirmiş və Gülən şəbəkəsinə məxsus xəstəxanaya aparılmışdı. Mən onun baxıcısı idim. Əslində vəziyyəti yaxşı idi, xəstəxanadan çıxması gözlənilirdi. Axşam saatları idi. O zaman camaatın məxfi üzvləri xəstəxanaya girib-çıxmağa başladılar. Birdən vəziyyətdən təlaşlandım və onların arasından tanıdığım birinin yanına gedib, “Xeyirdir, nə isə olub?” – deyə soruşdum. Mənə arvadını xəstəxanaya gətirdiyini dedi. Ağlıma qurd düşmüşdü. Araşdırdım, xəstəxanada arvadı yox idi. Sonra xəstəxana işçiləri yanıma gəlib təşəkkür etdilər, artıq gedə biləcəyimi dedilər. İnanıb getdim. Sona dözə bilməyib geri döndüm. Öyrəndim ki, sapsağlam adam komaya girib və reanimasiyaya aparılıb. Beynini əməliyyat edəcəkdilər. İnfarkt keçirmiş adamın beynində nə problem ola bilər deyə fikirləşdim. Oğlu Kamal Gülənə vəziyyəti izah etmək istədim, amma çəkindim. Seyfullah Gülən o, əməliyyatdan sağ çıxmadı. Mən qurama bir əməliyyatla öldürüldüyünə inanıram”.
Seyfullah Gülən 27 noyabr 2014-cü ildə ölüb. O, eyni zamanda Gülənçilə arasında populyar olan “Samanyolu” kanalının diktoru Kamal Gülənin atası idi.
Seyfullah Gülən haqda iddialar çox şokedicidir. Hadisəni danışanlar bu ölümün mütləq araşdırılmasının istəyirlər.