Türkiyə-Albaniya münasibətləri - Balkanları iç siyasətə cəlb edən əsas səbəb nədir?

18-01-2022, 18:00           
Türkiyə-Albaniya münasibətləri -
Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya rəsmi səfər edib. Görüş zamanı ölkə başçısı Albaniyanın Baş naziri Edi Rama arasında 7 razılaşma sənədi imzalanıb. İqtisadi, siyasi və mədəni əlaqələrin gücləndirilməsinə yönələn razılaşma həm də hər iki ölkə arasında ortaq bir ittifaqın da təməlini qoyub.

İmzalanan sənədlərə görə uzun zamandan bəri Türkiyənin həm daxildə, həm də xaricdə apardığı FETO anti-terror əməliyyatlarına Albaniya da cəlb olunur. Bu barədə Ərdoğan görüşdən sonra baş tutan birgə konfransda elan edib. O, bildirib ki, Türkiyə Albaniya və bütün Balkan dövltlərinin Gülənə qarşı mübarizədə ona yaxından dəstək göstərəcəyinə ümid bəsləyir.

Avropa İttifaqının etibarı ilə bağlı danışan Ərdoğan, blokun və NATO-nun Balkanlarda Türkiyəyə ehtiyacı olduğunu, tarixi irsi və digər amillərlə regional ölkələr arasında sıx əlaqələrə malik olduğunu bildirib. Bundan başqa o, əlavə edib ki, NATO-nun bu məsələyə yanaşması Aİ-nin Balkanlara yanaşmasından daha vacibdir.

Prezident vurğulayıb ki, Türkiyə NATO-nun “şərəfli və güclü üzvü”dür, lakin bununla yanaşı Aİ Türkiyənin üzvlük iddiasına qarşı “gecikdirici taktika” tətbiq etməyə davam edir.

Ərdoğan Türkiyənin Balkanlarda sülh və əmin-amanlığa əhəmiyyət verdiyini və regional sülhün təminatçısı olan ölkələrdən biri olduğunu da vurğulayıb.



Türkiyəni Balkanlara bağlayan səbəb

Prezident Ərdoğan ötən gün Albaniyada zəlzələdən zərər çəkənlər üçün türk şirkətinin inşa etdiyi 500-dən çox mənzilin açarlarının təhvil verilməsi mərasimində iştirak edib.

Mərasimdə çıxış edən Ərdoğan Türkiyənin istənilən anda hər zaman Albaniyanın yanında olacağını bildirib.

“Biz bu evlərin təhvil verilməsi ilə Türkiyə və Albaniya arasındakı dostluğu taclandırırıq.

Qeyd edək ki, 2019-cu ilin noyabrında türkiyə tərəfindən Albaniyanın şimal-qərbində yerləşən Laç qəsəbəsində zəlzələdən zərər çəkənlər üçün dəyəri təxminən 42 milyon avro (48 milyon dollar) olan 522 yaşayış evi tikilib.

6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 7-si uşaq olmaqla 50-dən çox adam ölüb, 900-dən çox insan yaralanıb. 1200-ə yaxın bina dağıdılıb.

Zəlzələdən sonra Ankara axtarış, bərpa və yardım işlərinə kömək etmək üçün bölgəyə Fəlakət və Fövqəladə Halların Rəhbərliyi (AFAD) və Səhiyyə Nazirliyi qruplarını göndərib.

Mərasimdə Ərdoğana yerli Kurbin bələdiyyəsinin fəxri vətəndaşlığı da verilib.

Albaniyanın Baş naziri Rama bu günü “qeyri-adi xüsusi” kimi qeyd edib.

2013-cü ildə baş nazir olana qədər Ərdoğanla söhbətinə də toxunan Rama, "Ərdoğan mənə dedi ki, Albaniya və Kosovo mənim ürəyimdədir. Albanlar türk xalqının qəlbindədir. Qardaşım olmanı istəyirəm. .' ... Özümü Ərdoğanın dostu hesab etməkdən şərəf duyuram,” deyə bu ifadələri işlədib.

O, prezident Ərdoğanın dediyini edən, etdiyini deyən bir insan olduğunu vurğulayıb.

Tarixi yaxınlıq

Balkanlar Osmanlı tarixi ilə götürdükdə Türkiyənin ən məhrəm ərazilərindən olub. Osmanlı devrilsə də həmin ərziləri Türkiyəyə atan can damarları hələ də birləşdirməkdədir.

Prezident Ərdoğanın səfəri də məhz Osmalı Türkiyəsinin qopan damarlarını birləşdirmək idi. Bu görüşdə vurğulananlar hər iki tərəf arasındakı siyasi münasibətlərin tarixi dərinliyini ortaya qoymuş olsu. Türkiyə həm də bununla Avropa və Qərbin hər zaman hər yerdə söz sahibi ola bilməsinin mümkünsüz olduğunu sərgilədi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.