Almatı merinin kortejinə silahlı hücum olub- VİDEO

18-01-2022, 19:35           
Almatı merinin kortejinə silahlı hücum olub- VİDEO
Sosial şəbəkələrdə Qazaxıstanın Almatı şəhərinin meri Bakıtjan Saqintayevin kortejinə silahlı hücum cəhdinə dair video yayılıb. AzVision.az xəbər verir ki, bu gün merin mətbuat xidməti videonun həqiqəti əks etdirməsini təsdiqləyib. Görüntülərdə bir neçə avtomobilin avtomat silahlardan atəşə tutulması aşkar görünür. Rəsmi açıqlamada isə videonun 2022-ci il yanvarın 6-da baş vermiş hadisələrə aid olduğu deyilir. Hadisə ilə bağlı istintaq davam etdirildiyi üçün əlavə məlumat açıqlanmır.

Qeyd edək ki, Saqintayev də mətbuata baş verən hadisənin təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, akimatın(Adminstrasiya-red.) iğtişaşçılardan təmizlənməsi ilə bağlı məlumat aldıqdan sonra onu müşayiət edən həmkarları ilə birlikdə əraziyə gedib. Akimiliyin binasından bir qədər aralıda isə naməlum şəxslər korteji atəşə tutub. Kortejdə Almatı telekanalının əməkdaşları da olub. Avtomobillərə açılan atəş nəticəsində Almatı telekanalının sürücüsü həlak olub, bir neçə nəfər, o cümlədən Saqintaevin sürücü yaralanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.