Türkiyə Məhkəməsi almaniyalı jurnalist Mesale Toluya bəraət verib

18-01-2022, 23:07           
Türkiyə Məhkəməsi almaniyalı jurnalist Mesale Toluya bəraət verib
Türkiyə məhkəməsi bazar ertəsi terrorizm ittihamı ilə üzləşən almaniyalı jurnalist Mesale Toluya bəraət verib. O bu barədə Twitter səhifəsində məlumat verib. Məhkəmə işi təxminən beş il davam edib və jurnalistin həbsi Ankara ilə Berlin arasında gərginliyin artmasına səbəb olub.

Tolu 2017-ci ilin aprelində 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra aparılan təqiblər çərçivəsində saxlanılıb və sərbəst buraxılana qədər 8 ay həbsdə olub. O, terror təbliğatına dair materiallar dərc etməkdə və terror təşkilatına üzv olmaqda ittiham olunub.

"Dörd il səkkiz ay 20 gündən sonra: hər iki ittiham üzrə bəraət!" jurnalist tvitində yazıb.

"Hüquqi bir dövlətdə ilk növbədə belə bir məhkəmə prosesi baş tutmazdı. Bu hökm repressiya və həbs müddətini kompensasiya edə bilməz" - deyə, Tolu əlavə edib.

NATO üzrə tərəfdaşlar arasında münasibətlərdə Almaniyanın Türkiyədə uğursuz çevriliş cəhdindən sonra 50 000-ə yaxın insanın həbsi, müəllimlər, hakimlər və əsgərlər də daxil olmaqla, 150 000 nəfərin işindən uzaqlaşdırılması və ya çıxarılmasını pisləməsindən sonra gərginlik yaranmışdı.

Almaniya vətəndaşlığı olan təxminən 10 nəfər də Türkiyədə təqiblər zamanı həbs edilib. Almaniyada 3 milyona yaxın türk əsilli şəxs yaşayır.

Türkiyə 2018-ci ildə alman-türk jurnalist Deniz Yüceli azad etdikdən və Tolu azadlığa çıxdıqdan bir neçə ay sonra səfər qadağasın aradan qaldırdığı üçün əlaqələr yenidən yaxşılaşıb.
amerikanınsesi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.