Türkiyə kəşfiyyatından sensasion xəbərdarlıq - "İŞİD Azərbaycanda partlayış törədə bilər"
1-04-2016, 17:34

Türkiyə kəşfiyyatının keçirdiyi əməliyyatlar nəticəsində partlayış həyata keçirmək istəyən 5 İŞİD üzvünün müəyyən edildiyi bildirilir.
Avropa.info xəbər verir ki, müəyyən olunan 5 təşkilat üzvünün fotoşəkili, bütün bölmələrə göndərilib.
Siyahıda adı olan ABŞ vətəndaşı Əbu Əymən əl-Məğribinin, həyat yoldaşı Xədicə Nejari və 2 uşağı ilə 17 yanvar 2014-cü ildə Türkiyədən tranzit olaraq Mərakeşə getmək məqsədiylə ABŞ-dan ayrıldığı, ancaq ailənin Mərakeşə getmədiyi müəyyən edilib.
Sultanahmet bölgəsində partlayış həyata keçirən Nəbil Fazilin dostu olduğu müəyyən olunan Rəşid Alabullah Algaaganın Türkiyəyə gələ biləcəyi ehtimalı ilə də onun fotoları Türkiyənin hər yerinə göndərilib.
Kəşfiyyat rəsmiləri bundan başqa Gaziantep vilayətindən Suriyaya qanunsuz yolla keçdiyi bildirilən Furqan Ürkməzin Suriyadakı qruplaşmalar tərəfindən canlı bomba kimi istifadə ediləcəyini düşünür.
“WhatsApp” vasitəsilə dostuna mesaj göndərən Həsən Hüseyn Uğurun da bombalı hücum həyata keçirəcəyi ehtimal olunur.
Siyahıdakı beşinci şəxs isə Rusiya Federasiyası vətəndaşı olan Azərbaycan əsilli İsa Tupolovun hələ də Suriyada olduğu, onun Türkiyə və Azərbaycanda terror aktı həyata keçirmək istədiyi ehtimal olunur.
Türkiyə kəşfiyyatı bu şəxslərlə bağlı fotoşəkilləri və məlumatları ölkənin hər tərəfinə göndərərək onların ələ keçirilməsi üçün əməliyyata başlayıb.