Türkiyə “Akıncı” PUA-larının tədarükü üzrə ilk ixrac müqaviləsini imzalayıb

24-01-2022, 09:55           
Türkiyə “Akıncı” PUA-larının tədarükü üzrə ilk ixrac müqaviləsini imzalayıb
Türkiyə “Bayraktar Akıncı” döyüş PUA-larının ixracına dair ilk müqaviləni imzalayıb.

Bu barədə bazar günü “Baykar Makina” şirkətinin baş direktoru Haluk Bayraktar məlumat verib. Onun mühərrikləri Ukrayna tərəfindən tədarük ediləcək.

“Bayraktar Akıncı” PUA üçün ilk ixrac müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, tədarüklər 2023-cü ilə planlaşdırılır”, - deyə o, bildirib.

“Baykar Makina”nın baş direktoru bu müqavilənin hansı ölkə ilə bağlandığını açıqlamayıb.

Mənbə: “Anadolu”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru