PKK Türkiyədəki terror aktına görə məsuliyyəti üzərinə götürdü 1-04-2016, 20:15 PKK terror təşkilatı ötən gün Türkiyənin Diyarbəkir vilayətində törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hazırda polis terror aktının təşkilatçılarının şəxsiyyətini müəyyənləşdirir.Qeyd edək ki, dünən Diyarbəkirdə törədilmiş terror aktı nəticəsində 7 polis ölüb, 27 nəfər isə xəsarət alıb. Facebook-da paylaş