Ərdoğanın cangüdəni şəhid oldu

2-04-2016, 09:34           

Dünən Türkiyənin Diyarbəkir vilayətində çox sayda polisin ölümü ilə nəticələnən terror hadisəsində dünyasını dəyişənlərdən biri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş cangüdəni olub. ANS PRESS-in məlumatına görə, hadisə vaxtı ölən 7 polisdən biri olan 48 yaşlı Necdet Alıcı baş nazirliyi dövründə R.T.Ərdoğanın polis mühafizəçisi olub.

Mersin vilayətinin mərkəzi Toroslar rayonundan olan polis əməkdaşı Necdet Alıcı burda torpağa tapşırılıb.

Dünən Türkiyənin Diyarbəkir vilayətində çox sayda polisin dünyasını dəyişməsi ilə nəticələnən terror hadisəsi baş verib. Hadisə, şəhər avtovağzalının yaxınlığında polisin xidməti avtobusunun yanında bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində baş verib. Hadisə vaxtı 7 polis əməkdaşı şəhid olub, 13 polis və 14 mülki əhali olmaqla 27 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Terror hadisəsinin məsuliyyətini PKK terror təşkilatı öz üzərinə götürüb.

Oxşar hadisə ötən ilin sentyabrında da baş vermişdi. Naxçıvanın Türkiyə ilə sərhəddindəki İqdır vilayəti Dilucu sərhəd qapısında PKK-nın hücumu nəticəsində şəhid olan 14 polisdən biri Fehmi Şahin Türkiyənin 11-ci prezidenti Abdullah Gülün mühafizəçisi olmuşdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.