Türkiyədə terakt: Ölü və yaralılar var

2-04-2016, 09:36           

Teraktın baş verdiyi yer
Hadisədə 1 nəfər ölüb, 2 hərbçi, 3 azyaşlı olmaqla ümumilikdə 11 nəfər yaralanıb.
Türkiyədə separatçı PKK terrorçuları Hərbi Səfərbərlik İdarəsinə (Əsgərlik şöbəsi) hücum ediblər. ANS PRESS-in məlumatına görə, partlayıcı maddə ilə yüklənmiş avtomobilin partladılması nəticəsində ölən və yaralananlar olub. Hadisə Mardin vilayətinin Kızıltepe rayonunda baş verib.

Sədd səbəbindən avtomobili idarənin həyətinə sürə bilməyən terrorçu partlayışı binanın qarşısında törədib.
Hadisə nəticəsində yaxınlıqda olan tikintinin suriyalı keşikçisi ölüb, 2 nəfəri hərbçi, 3 nəfəri azyaşlı olan ümumilikdə 11 nəfər yaralanıb. Partlayışdan sonra Hərbi Səfərbərlik İdarəsinin divarlarında və yaxınlıqda olan evlərdə dağıntı meydana gəlib. Həmçinin ətrafda olan avtomobillərə də ziyan dəyib.

Yaralılar dərhal Kızıltepe xəstəxanasına çatdırılıblar.

Teraktdan sonra rayonda təhlükəsizlik tədbirləri gücləndirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.