“Hadisələrə görə azərbaycanlı jurnalist ağlayırdı...”

2-04-2016, 22:31           

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-da məscidin açılışında Ermənistan qoşunlarının Azərbaycan tərəfinə hücuma keçməsinə də toxunub.

Prezident açıqlamasında türkiyəli jurnalistlərə Azərbaycan jurnalistlərini nümunə göstərib:

“Az öncə Azərbaycan telekanallarında çalışan bir jurnalist qarşımı kəsdi. Onun gözlərində göz yaşı gördüm. Görəsən, bizim ölkənin jurnalistlərinin gözündə bu göz yaşını görə biləcəyik? Mənim əsgərim, polisim təhlükəsizliyi qorumaq üçün canlarını verir. Amma baxırsan bəziləri elə başlıqlar yazırlar ki... Biz hansı ölkənin, onlar isə hansı ölkənin vətəndaşıdır?”

Qeyd edək ki, Ərdoğan həmin jurnalistin hansı telekanalda işlədiyini və adını açıqlamayıb. (qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru