Türkiyədən Azərbaycana dəstək gəldi: «Mütəmadi olaraq kəşfiyyat məlumatları və hərbi məsləhətlər veririk»

3-04-2016, 01:44           
Türkiyədən Azərbaycana dəstək gəldi: «Mütəmadi olaraq kəşfiyyat məlumatları və hərbi məsləhətlər veririk»
Hakan Fidan: «Azərbaycan Ordusu üç istiqamətdə hücum edir»


Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Azərbaycan Ordusunun Qarabağda keçirdiyi son hərbi əməliyyatlarla bağlı şok açıqlama yayıb. JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumata görə, Fidan açıqlamasında bir sıra maraqlı məqamlara toxunub.

O qeyd edib ki, Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın atəşkəs elan edilməsi ilə bağlı çağırışını rədd edib. «Azərbaycan Ordusu Qarabağın şimalından böyük bir hücuma başlayıb. Hazırda 3 istiqamətdə irəliləməkdədir. Qarabağdakı Seysulan və Talış kəndləri düşmən işğalından azad edilib. Azərbaycan Ordusunun hücum istiqamətlərinin ana xəttini Ağdam-Əsgəran-Xocalı istiqaməti təşkil edir. Azərbaycan Ordusu artıq müdafiə deyil, hücum taktkası tətbiq etməyə başlayıb. Qəlbimiz Azərbaycanlı qardaşlarımızladır. Qəzamız mübarək olsun!»

Hakan Fidan az öncə özünün Facebookdakı rəsmi hesabında başqa bir şok məlumat da yayımlayıb. «Türk Hava Qüvvətləri Azərbaycana dəqiq və mütəmadi olaraq kəşfiyyat məlumatları və hərbi məsləhətlər verir. Erməni ordusu ciddi zərbələr alıb. Erməni tərəfində ağır misilləmə planları gündəmdədir».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru