Davudoğlu İlham Əliyevə zəng edib təbriklərini çatdırdı - Ermənilərə layiqli cavab verildiyi üçün...

3-04-2016, 02:09           
Davudoğlu İlham Əliyevə zəng edib təbriklərini çatdırdı - Ermənilərə layiqli cavab verildiyi üçün...
Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Avropa.info xəbər verir ki, bu haqda Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Türkiyənin Baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib, Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb və öz dəstəyini ifadə edib.

Prezident İlham Əliyev Azərbaycan Ordusunun təmas xəttində Ermənistanın təxribatının qarşısınıqətiyyətlə aldığını və lazımi cavab verdiyini bir daha vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru