İlham Əliyevin çıxışı Türkiyə mediasında - Foto

3-04-2016, 21:15           

Türkiyə KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasındakı çıxışı ilə bağlı geniş məlumatlar yayıb. Məlumatlarda dövlətimizin başçısının aprelin 2-də qoşunların təmas xəttində Ermənistan tərəfinin növbəti təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələrinin verdiyi qarşılığın dəyərləndirməsi əks olunur.

Axar.az xəbər verir ki, “Sabah”, “Hüriyyət”, “Milliyət” və digər qəzetlər, o cümlədən aparıcı xəbər agentlikləri Azərbaycan Prezidentinin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından sitatlar veriblər.

Türkiyə KİV-ləri Azərbaycanın dövlət başçısına istinadla diqqətə çatdırır ki, işğalçı Ermənistan tərəfi sülh istəmir, iyirmi ildən artıq zaman kəsiyində təcavüzkar tərəf hər dəfə münaqişənin həllinə ümidlər artdıqda cəbhə xəttində təxribatçı hücumlar həyata keçirir.

Məlumatlarda, həmçinin Azərbaycan tərəfinin birtərəfli qayada cəbhə xəttində atəşkəs elan etdiyini, Ermənistan tərəfinin isə atəşkəs çağırışlarına məhəl qoymadığı bildirilir.

Qeyd edək ki, aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru