Türk PA-nın baş katibi: "Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır"

5-04-2016, 10:12           
Türk PA-nın baş katibi: "Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır"
”Erməni silahlı qüvvələri işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdır”

APA-nın Türkiyə müxbirinin məlumatına görə, bu barədə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovun bəyanatında deyilir: ”Beynəlxalq normalar çərçivəsində Ermənistanı silahlı qüvvədən istifadə etməkdən vaz keçməyə, Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etməyə çağırıram. Həlak olan Azərbaycan vətəndaşlarına Allahdan rəhmət, yaxınlarına səbir, yaralılara şəfa diləyirəm, BMT+Təhlükəsizlik+Şurası">BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT, Avropa Şurası və Avropa Şurası Parlament Assambleyasının problemin sülh yolu ilə həll edilməsi üçün verdikləri qərarlar əsasında bütün erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalarının önəmini vurğulayıram”.

Ramil Həsənov həmçinin münaqişə tərəflərinin beynəlxalq hüquq normalarına əməl etmələrinin vacibliyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru