Ərdoğanın Putinə cavabı: "Orada yanan hər atəş bizə də dəyir, orada yandırılan hər ağı bizim ürəyimizi dağlayar. Oraları özümüzdən ayrı görmürük”

6-04-2016, 19:07           
Ərdoğanın Putinə cavabı: "Orada yanan hər atəş bizə də dəyir, orada yandırılan hər ağı bizim ürəyimizi dağlayar. Oraları özümüzdən ayrı görmürük”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Türkiyə Ermənistan ilə Azərbaycan arasında tərəf tutur” açıqlamasına sərt şəkildə cavab verib.
Modern.az Türkiyə mətbuatına istiandən bildirir ki, Ərdoğan “silahlar dayanmazsa, bunun günahı Ermənistana aiddir” deyib.

“Güman edirəm ki, silahların kəsilməsi üçün atılan addımlara Ermənistan tərəfindən razılıq verilər. Çünki silahlar susmazsa, bunun günahı Ermənistana aiddir. Rusiya “Türkiyə tərəf tutur” deyir. Azərbaycan və Ermənistan arasında tərəf axtarılırsa, məncə ən önəmli tərəf Rusiyadır. Rusiya Gürcüstanda, Ukraynada tərəf olmuşdu. Putinin “Suriya məni çağırdı, mən də ona getdim” deməyi heç nəyi açıqlamır?”.

Türkiyə prezidenti Putinin Ağ dənizə sahib olmaq istədiyini iddia edib.

“Yaxşı əlaqələrimiz var idi, səninlə danışdıq, nə üçün belə etdin? Dərd başqadır, Ağ dənizə sahib olmaq istəyir. Bütün ölkələr Suriya və İraqda planlarını həyata keçirmək istəyirlər. İnsanların dramı onların vecinə deyil. Türkiyə olaraq bizim fikirlərimiz tamam başqadır, bizim bu insanlarla (azərbaycanlılarla) min illərdir dostluğumuz, yaxınlığımız var. Orada yanan hər atəş bizə də dəyir, orada yandırılan hər ağı bizim ürəyimizi dağlayar. Oraları özümüzdən ayrı görmürük” deyə Ərdoğan vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.