Ərdoğan Avropa Birliyini miqrant sazişindənimtina ilə hədələdi

7-04-2016, 20:18           

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Brüssel üzərinə götürdüyü öhdəliklərə əməl etməsə, Ankara miqrantlarla bağlı Avropa Birliyi ilə əldə olunmuş sazişdən imtina edəcək.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan deyib ki, sazişin bəlli şərtləri var və Avropa Birliyi bunlara əməl etməlidir: «Miqrantların Avropadan Türkiyəyə geri qaytarılması konkret şərtləri olan prosedurdur. Əgər Avropa Birliyi şərtləri yerinə yetirməsə, Türkiyə razılaşmanı icra etməyəcək».

Ankara ilə Brüssel arasında miqrantlarla bağlı razılaşma martın 18-də əldə olunub. Razılaşmaya əsasən, qeyri-qanuni miqrantlar martın 20-dən etibarən Türkiyəyə göndərilməlidir. Həm bunun, həm də onların Türkiyədəki düşərgələrə yerləşdirilməsinin xərclərini isə Avropa Birliyi ödəməlidir.

Türkiyə bu məqsədlə AB-dən ilkin mərhələdə 3, ümumilikdə isə 2019-cu ilədək 6 milyard vəsait almalıdır. Bununla yanaşı, sazişə əsasən Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı 2007-ci ildə dondurulan danışıqlar bərpa olunmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.