Türkiyədə silah zavodunun müdiri istehsal sirlərini ABŞ-a satarkən həbs olundu - Foto

8-04-2016, 09:12           
Türkiyədə silah zavodunun müdiri istehsal sirlərini ABŞ-a satarkən həbs olundu - Foto
Türkiyənin MKE Silah Zavodunun müdiri Mustafa Tanrıverdi, dövlət sirlərini satmaqda ittiham olunaraq həbs edilib.

Avropa.info xəbər verir ki, Mustafa Tanrıverdi Türkiyənin silah istehsalı layihələrini amerikalılara satmaq istəyərkən saxlanılıb. Həbs olunan Tanrıverdi haqqında Ankara prokurorluğu istintaq başladıb. Cinayət təqibinin aparılması Ankara polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə göndərib.

Məlumatlara görə, zavod direktoru Mustafa Tanrıverdi pul qarşılığında 2 silaha aid rəsm və istehsal planlarını ABŞ-ın bir silah zavoduna satacağı məlumatı alan hüquq mühafizə orqanları onu təqib edib. Məhkəmə qərarı ilə onun iş otağı və evi 24 saat müddətində təqib edilib. Tanrıverdinin amerikalılarla görüşəcəyi restorana dinləmə və video kameralar yerləşdirilib. Xüsusi xidmət orqanları Tanrıverdini hadisə yerindəcə həbs ediblər.

Tanrıverdinin Türkiyəyə aid MP-5 silahının istehsal sirrini və Milli piyada tüfəngi MPT-76-nın istehsal planlarını satmaq istədiyi üzə çıxıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru