Futbol üzrə Türkiyə millisinin kapitanı, İspaniyanın “Barselona” klubunun oyunçusu Arda Turan və “Tv8”in rəhbəri Acun Ilıcalı Ağ Evin saytında Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması üçün imza toplama kampaniyasına öz imzasını atıblar.
AzFakt.com xəbər verir ki, bu barədə onlar öz rəsmi twitter hesabında qeyd ediblər.
Kampaniyanın azərbaycanlı təşəbbüskarları Ermənistandan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu tərk etməsini tələb edirlər. Bildirilir ki, Minsk qrupunun üzvləri sözügedən problemdə bağlı hələ ki, hər hansı müsbət rol oynamayıb.
Bu səbəbdən AŞPA məsələnin tənzimləməsində ədalətli davranmalı, regiondakı faciənin qarşısını almalıdır.
Qeyd edək ki, lazım olan imza sayı 100 min, hazırda toplanan imza sayı isə 21,815-dür.