Azərin PKK-nın cavabını verdi - "Azərbaycan və Türkiyə layiqincə bunun cavabını verəcək"

9-04-2016, 16:07           
Azərin PKK-nın cavabını verdi - "Azərbaycan və Türkiyə layiqincə bunun cavabını verəcək"
Xalq artisti Azərin PKK-nın Ermənistana dəstək verməsini, əsgər göndərməsi ilə bağlı məsələyə münasibət bildirib.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Azerin, Qarabağın, Azərbaycanın tarixi torpaqları olduğunu vurğulayaraq, “Bildiyiniz kimi 25 ildən çoxdur bu proses davam edir. Ermənistan, Azərbaycan torpağı olan Dağlıq Qarabağı işğal edib. Azərbaycanın 1 milyon qaçqını və köçgünü var. Bu gün Azərbaycan xalqı torpaqlarına dönmək istəyir. Onun haqqı olan torpaqlarda yaşamaq istəyir, Qarabağda yaşamaq istəyir” deyə bildirib.

Azerin, PKK-nın Ermənistana dəstək göndərməsi iddiasına da cavab verib:

“Bu məsələ ilə əlaqədar Azərbaycanın Müdafiə Nzirliyi istintaq işi açıb. Tam olaraq, olaraq belə bir şeyin olub-olmadığını deyə bilmərəm. Amma belə bir şey varsa da çox ayıb və günahdır. HDP-nin başçısı Səlahəddin Dəmirtaş da bir neçə gün əvvəl “Biz Azərbaycanı qınayırıq”-deyə bir şərh vermişdi. Yəni bütün dünya artıq gözünü açdı anlayır ki, Qarabağ, Azərbaycanın haqqı olan torpağıdır. HDP-nin başçısı hələ də anlaya bilməyib ki, Qarabağın 1 milyon, 2 milyon əhalisi qaçqın, köçgün düşüb. Yəni çox təəssüf ki, mən bunu qınıyıram və çox pis bir münasibət bəsləyirəm. Əgər belə bir şey varsa da, PKK əgər oraya bir silah və ya insan göndəribsə Azərbaycan və Türkiyə layiqincə bunun cavabını verəcək”-deyə xalq artisti bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.