Türkiyə Almaniyaya nota verdi

11-04-2016, 23:53           

Alman qanunlarına uyğun olaraq cinayət işinin qaldırlması tələb edilib

Türkiyə Almaniyaya nota verib. ANS PRESS-in məlumatına görə, Türkiyə hökuməti Almaniyanın 2-ci kanalı ZDF-də söylədiyi şeirlə prezident Rəcəb Tayyib Ərdoğanı ələ salan Jan Böhmermann haqqında araşdırma başladılmasını tələb edib.
Türkiyənin Almaniyadakı səfirliyindən verilən məlumata görə, ötən həftə bu ölkənin Xarici İşlər Nazirliyinə məsələ ilə bağlı nota verilib. Notada Jan Böhmermann haqqında alman qanunlarına uyğun olaraq cinayət işinin qaldırlması tələb edilib.

Steffen Seibert-Almaniya hökumətinin sözcüsü
Almaniya qanunlarına görə, xarici ölkə prezidentlərini təhqir edən şəxslər haqqında cinayət işi qaldırılır ki, bunun üçün ilk növbədə həmin ölkənin müraciət etməsi vacibdir.
Almaniya hökumətinin sözçüsü Steffen Seibert bildirdi ki, Böhmermann haqqında çinayət işi qaldırılması tələbi ilə Türkiyə səfirliyi rəsmi notanı artıq verib və bir neçə gün ərzində buna da dair qərarlar qəbul ediləcək.

“Nota hazırda Almaniya hökuməti tərəfindən hüquqi baxımdan təhlil olunur. İndidən məsələ ilə bağlı dəqiq bir söz deyə biləmərəm. Lakin qərar qəbul edilən kimi hər kəs məlumatlandırılacaq. Ötən illərdə bu cür mövzularda hüquqi araşdırma aparılmayıb” -deyə Seibert əlavə edib.


Angela Merkel – Almaniya kansleri
Almaniya konsleri Angela Merkel proqramın bəyənilməsindən aslı olmayaraq bunu şüurlu təhqir adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.