Moskvada "İhlas" xəbər agentliyinin nümayəndəsi jurnalist Fuad Abbasov işdən çıxarıldı – Moskvanın sifarişi?
13-04-2016, 12:56
Türkiyənin “İhlas” xəbər agentliyinin Moskva müxbiri, son günlər Rusiya telekanallarında Azərbaycanın maraqlarını müdafiə edən Fuad Abbasov işdən çıxarılıb. Musavat.com xəbər verir ki, bunu jurnalistin özü Facebook-da yazıb.
Fuad Abbasovun yazdığına görə, agentlik ona məktub yollayıb və işdən azad edildiyini elan edib: “Mənə göndərilən məktubda işlərin qaydada getməməsi əsas gətirilib. Amma hansı işlərdən söhbət getdiyini başa düşmədim. Son 6 ay ərzində Rusiyanın müxtəlif qəzet, internet mətbuatı, radio və televiziyalarında 50-dən çox çıxışım olub və heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin mövqeyinin Rusiyada müdafiə etmək başlıca “işim” olub. Burdakı məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh isə “ “Boş ver Rusya-Türkiye ilişkilerini, işinden atılırsın, kimse sana sahip çıkmaz” sözləri idi”.
Fuad Abbasov iddia edir ki, onun işdən çıxarılması Rusiyanın sifarişi olub: “Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan gələn tələb əsasında olduğunu öyrəndim”.
Fuad Abbasovun paylaşdığı statusu sizə təqdim edirik:
Deyerli dostlar.
1997-ci ilden bu yana işlediyim Türkiye’nin “İhlas Haber Ajansı”nın rehberliyi Moskvadaki işime son vermeyi qerara aldı. Mene gönderilen resmi mektupta “İşlerin orada istediğimiz gibi gitmemesi nedeniyle” sebeb gösterilmesine baxmayaraq, hansı işlerden ne istediklerini başa düşmedim. Son 6 ay boyunca Rusya’nın deyişik qazet, internet metbuatı, radyo ve televiziyalarda 50-den çox çıxışım olub ve heç bir qarşılıq gözlemeden Su-24 böhranından sonra Türkiye’nin mövgeylerini Rusiya’da müdafiye etmek başlıca “işim” olub. Buradaki Türk meslekdaşlarımdan en çox eşittiyim tenbeh ise “Boş ver Rusya-Türkiye ilişkilerini, işinden atılırsın, kimse sana sahip çıkmaz” sözleri idi. Xeber agentliyimizin içinde çox güvendiyim insanlardan Rusiyadaki işime son verilmesi qerarının, Moskvadan gelen teleb qarşılığında olduğunu öyrendim. Tebiidir ki buna çox sevinenlen var. Çunki son 6 ay boyunca Türkiyeni Rusya medyasında müdafiye eden, Rusya’da açılan PYD temsilciliyine qarşı çıxan, PKK’nın Moskva’daki faaliyetlerini tengid eden, Rus siyasetcilerin Türkiyeye qarşı düşüncelerinin yalnış olduğunu Rusya ictimayyetine çattıran başka heç kim yox idi.
Sevinenler arasında men de varam , çünki son günlerde gözüne yuxu getmeyen anam, geceler