İstanbulda iki rus cəsusu tutuldu

13-04-2016, 13:04           
İstanbulda iki rus cəsusu tutuldu
İstanbulda Çeçen Edelgireyevi öldürən dəstənin üzvü olan 2 rus kəşfiyyatçı Türkiyə hüquq mühafizə orqanlarının xüsusi əməliyyatı ilə yaxalanıb.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, ötən ilin noyabrın 1-də İstanbulda Çeçen komandiri Vahid Edelgireyevi öldürən iki rus agent 8 apreldə həyata keçirilən əməliyyat zamanı ələ keçib.

Rus kəşfiyyatçılar 52 yaşlı Yuri Anisimov və 55 yaşlı Aleksandr Smirnov sorğularında danışmaqdan imtina edib.

Rus polislərinin üzərindən saxta olduğu deyilən İnterpol vəsiqəsi, Rusiya dövlət rəsmisinə məxsus fotolar, USB yaddaş kartı, nömrə, 5 telefon, ardıcıl seriya nömrələri olan ABŞ dolları tapılıb.

Bildirilir ki, rus polisləri Avropa ölkələrində kəşfiyyat məqsədli fotolar çəkirmişlər. Hətta ölkələrdəki təhlükəsizlik kameralarının saatbasaat hərəkətini izləyib görüntüləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru