“Sədərək” talkuçkasının İstanbul Ədliyyəsində nə işi?

13-04-2016, 20:17           
“Sədərək” talkuçkasının İstanbul Ədliyyəsində nə işi?
Türkiyənin İstanbul şəhərinin Çağlayan Ədliyyəsinin avtomobil dayanacağında sürücülərə azərbaycanca qəbzlər verilir.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, parkinq üçün məkana daxil olan sürücülər bankomatdan çıxan qəbzi oxumaqda çətinlik çəkib və məlum olub ki, yazılar Türkiyə türkcəsində deyil.

Məsələ ilə bağlı İstanbul şəhər bələdiyyəsinin tabeliyində olan parkalama xidməti “İspark “-ın rəsmisi mətbuata açıqlamasında bildirib ki, artıq 1 ilə yaxındır adı çəkilən yerdə parkinq xidməti Ədliyyə Nazirliyinə verilib.

Qəbzin üzərində “Sədərək” Ticarət Mərkəzi sözlərinin yazılması isə avtomobil dayanacağı adı çəkilən ticarət mərkəzinin idarə etdiyi şübhəsini doğursa da bu fikir təsdiqini tapmayıb.

Jurnalistlər avtomobil dayancağını “Qartal” H tipli qapalı və açıq cəzaçəkmə müəssisəsinin işlətdiyini öyrənib. Cəzaçəkmə müəssisəsinin nümayəndəsi isə mətbuata açıqlamasında bildirib ki, “Sədərək” şirkətinin avtomobil dayanacağı ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq avadanlıq həmin ticarət mərkəzindən alındığına görə qəbzlərin üzərindəki yazıların da buna görə azərbaycan dilində olduğu ehtimal edilir.

Qəbzlərin ön hissəsində “HOSGELDONOZ”, arxa hissəsində isə

“- Biletinizi qatlamayın, əzməyin ve cırmayın.

- Bilet itirildikdə carimə haqqı ödənilir.

- Ödəniş tarifi və avtopark qaydaları panəllərdə göstərilmiştir.

- Avtomaşının içərisindən iten hər hansı bir əşyaya ticarət mərkezi cavabdeh deyil” – sözləri yazılıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.