Rusiya Türkiyə ilə razılığa gəldi

13-04-2016, 20:39           
Rusiya Türkiyə ilə razılığa gəldi
Türkiyənin özəl qaz şirkətləri ilə Rusiyanın ən böyük neft-qaz şirkəti - "Qazprom" arasında tariflər barədə razılıq əldə olunub. ANS PRESS-in məlumatına görə, bu barədə rus mətbuatı xəbər yayıb. Mətbuatda yer alan məlumata görə, iki ölkə arasında razılıq bu yaxınlarda əldə olunub, amma rəsmi açıqlama bir neçə gündən sonra olacaq. Qiymət hələlik açıqlanmayıb.

"Qazprom" Türkiyənin "Botaş" şirkəti ilə yanaşı, "Enerco Enerji", "Avrasya Gaz", "Akfel Gaz", "Bosphorus gas", "Shell Turkey", "Batı Hattı" və "Kibar Enerji" şirkətləri ilə də əməkdaşlıq edir.

"Qazprom" ötən ilin aprelin sonunda Türkiyəyə satdığı qazın qiymətlərində 10,25% endirim edəcəyini açıqlasa da, rus qırıcısının türk hərbi təyyarəsi tərəfindən vurulmasından sonra Moskva güzəştə getməyəcəyini elan etdi. Bundan sonra Ankaraya satılan qazın həcmi də azaldılmışdı. Hətta, bu il martın əvvəlində “Enerco Enerji” bəyan edib ki, “Qazprom” qiymətlərin artırılmasını tələb edib.

Ötən gün "Qazprom"un nümayəndələri ilə adıçəkilən türk şirkətlərinin nümayəndələri arasında baş tutan görüşdə qiymət məsələsində razılığa gəlinib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.