İlham Əliyev Ərdoğanla görüşdü - Yenilənib

13-04-2016, 21:11           
İlham Əliyev Ərdoğanla görüşdü - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Axar.az xəbər verir ki, görüş Mabeyn Köşkündə baş tutub.

Türkiyə vaxtı ilə saat 17:50-də başlayan görüşdən sonra prezidentlər şam yeməyi üçün eyni avtomobildə Savarona Yatına gedib.

20:05
***


Aprelin 13-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəliblər.

AzərTAc bildirir ki, İstanbulun Atatürk Beynəlxalq hava limanında prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru