Nazir: “Türkə kəfən biçən…”

13-04-2016, 21:14           

Türkiyənin Müdafiə naziri İsmət Yılmaz Kilis vilayətində yaşanan gərginliyə münasibət bildirib.

Axar.az xəbər verir ki, nazir Suriyada İŞİD terrorçularının “Katyuşa” raketləri ilə yaşayış mənətəqələrini atəşə tutduğunu deyib:

“Türkə kəfən biçənin ölümü qorxunc olur” deyə bir söz var. Atılan hər atəşə dərhal cavab verilib. Qarşı tərəf 362 nəfər itki verib”.

Xatırladaq ki, son günlərdə İŞİD terrorçuları Türkiyənin sərhəd Kilis vilayətini raketlərlə atəşə tutur. Hadisə nəticəsində yaşayış binalarına ciddi ziyan dəyib, onlarla sakin yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru