Türkiyə səfiri partlayışla bağlı paylaşım etdi

3-04-2022, 11:39           
Türkiyə səfiri partlayışla bağlı paylaşım etdi
“Bu gecə Bakıda baş vermiş partlayışla əlaqədar qardaşımız Azərbaycana keçmiş olsun diləklərimizi çatdırırıq, yaralılara tezliklə şəfa diləyirəm”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tvitter hesabında yazıb.

Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış nəticəsində gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova dünyasını dəyişib. 31 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru