Ərdoğan kralı rus hərb marşı ilə qarşıladı - Video
14-04-2016, 10:04
Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan Səudiyyə Ərəbistanını Kralı Salman Əbdüləziz əl-Səudu təntənəli surətdə qarşılayıb.
Axar.az xəbər verir ki, kralın şərəfinə düzülmüş hərbi orkestr səhvən Rusiyaya məxsus marşı səsləndirib. Bu yanlışlıq Türkiyənin bütün mərkəzi kanalları vasitəsilə yayımlanıb.
Hərbi orkestrin səsləndirdiyi "Vətən həsrəti" marşı Rusiyada 1906-cı ildən bəri I Dünya müharibəsinin qəhrəmanlarının şərəfinə səsləndirir.
Türkiyə tərəfi bildirib ki, mərasimdə "Dumlupınar" və "Saloniki" marşları səsləndirilib. Ancaq səslənən marşların video-yazısı deyilənləri təkzib edir.
Qeyd edək ki, liderlər iki dövlət arasında münasibətləri müzakirə ediblər və strateji əməkdaşlığı inkişaf etdirmək barədə razılıq əldə ediblər, həmçinin Dağlıq Qarabağda münaqişənin nizama salınması əsas müzakirə mövzusu olub.
İstanbulda keçirilən İslam Əməkdaşlığı Təşkilatının sammitində Səudiyyə Ərəbistanı və Türkiyədən başqa, 55 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər.
[media=https://www.youtube.com/watch?time_continue=50&v=Q6ErBnKYJ6E]
[media=https://www.youtube.com/watch?v=B9b5UKhHgVs]