Bu görüşdən sonra hamı Ərdoğanı görmək istəyir

6-04-2022, 10:25           
Bu görüşdən sonra hamı Ərdoğanı görmək istəyir
Müharibəyə son qoyacaq diplomatik səylərin məqsədi liderlər səviyyəsində görüşün təşkilidir. Cənab Prezident (Rəcəb Tayyib Ərdoğan – red.) dəfələrlə hər iki rəhbərə məlumat verib ki, hazırlığımız başa çatıb və biz onları qəbul edə bilərik. Biz bu görüşü İstanbulda və ya Ankarada keçirməklə müharibəni bitirmək üçün səylərimizi yekunlaşdırmış olacağıq.

Axar.az xəbər verir ki, bu sözləri AKP sözçüsü Ömər Çelik deyib.

“Demək olar ki, hər kəs Türkiyənin Rusiya və Ukrayna arasında apardığı danışıqların gedişatı ilə maraqlanır və onlar məlumat almaq üçün prezidentimizlə görüşmək istəyirlər. Sonuncu dəfə prezidentimizin Rusiya və Ukrayna nümayəndələri qarşısında çıxışı geniş əks-səda doğurdu”, - Çelik qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.