Səudiyyə Ərəbistani ilə Türkiyə arasında vacib sənəd imzalandı - Şura yaradılır

14-04-2016, 16:56           
Səudiyyə Ərəbistani ilə Türkiyə arasında vacib sənəd imzalandı - Şura yaradılır
Türkiyə və Səudiyyə Ərəbistanının ikitərəfli əlaqələrini daha da gücləndirmək məqsədi ilə iki ölkə arasında razılaşma sənədi imzalanıb.

Avropa.info xəbər verir ki, iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün Səudiyyə Ərəbistanı-Türkiyə Koordinasiya Şurasının yaradılmasına dair razılaşma sənədi İstanbulda imzalanıb.

Keçən ilin dekabr ayının sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri zamanı planlaşdırılan Səudiyyə Ərəbistanı-Türkiyə Koordinasiya Şurasının razılaşma mətni bu gün imzalanıb.

Əldə olunan məlumata görə sənəd prezident Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz Əli Səudun iştirakı ilə iki ölkənin xarici işlər nazirləri tərəfindən tərəfindən imzalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru