Hadisənin geyindiyi "erməni bayrağı" deyil - VİDEO
15-04-2016, 14:20
TV8-də yayımlanan "O səs çocuklar" yarışmasında azərbaycanlı Səbinə adlı qız iştirak edib.
Axşam.az-ın məlumatına görə, Kristina Aqileranın "Hurt" mahnısını səsləndirən balaca münsiflərin üçünü də özünə döndərə bilib. Həmyerlimiz münsiflər kürsüsündə oturan Hadisə ilə eyni mahnını səsləndirdikdən sonra onu seçib.
Qeyd edək ki, sosial şəbəkələrdə bir neçə azərbaycanlı Hadisənin libasını Ermənistan bayrağına bənzədərək onu ittiham ediblər. Lakin müğənninin geyimi ilə işğalçı ölkənin bayrağındakı rənglərin düzüm ardıcıllığı eyni deyil. Bayraqdan fərqli olaraq libasda qırmızı və narıncı rənglərin yeri dəyişikdir.
Eyni libas hazırda Türkiyədə trend olduğu üçün bir neçə məşhur onu geyinib. Bir neçə gün əvvəl aparıcı Lerzan Mutlu da eyni geyimdə efirə çıxmışdı.