“Qarabağ üçün hamımız şəhid olmağa hazırıq” - AKP millət vəkili

15-04-2016, 14:22           
“Qarabağ üçün hamımız şəhid olmağa hazırıq” - AKP millət vəkili
Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) İğdır millət vəkili Nurəddin Aras Dağlıq Qarabağda baş vermiş son döyüşlərdə şəhid olmuş Qalib Orucəliyevin ailəsinə başsağlığı vermək üçün bir qrup iğdırlı ilə Naxçıvana səfər edib.

APA-nın məlumatına görə, millət vəkili şəhidin yas məslisinə qatılıb, Q. Orucəliyevin əmisi Elmar Orucəliyevə başsağlığı verib. N. Aras İğdırda yaşayan soydaşlarımızın Azərbaycan xalqının acısını bölüşdüyünü deyib: “Qarabağ şəhidlərinin acısını bilər də ürəyimizdə hiss edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Qarabağ üçün hamımız şəhid olmağa hazırıq”.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru