Ərdoğan ATƏT-in Minsk qrupuna "od püskürdü" - Qarabağa görə

15-04-2016, 22:09           
Ərdoğan ATƏT-in Minsk qrupuna "od püskürdü" - Qarabağa görə
"Azərbaycanlı qardaşlarımızı təxminən 25 ildir, Ermənistan işğalı altında olan torpaqlarının azad edilməsi uğrunda mübarizələrində dəstəkləyirik".

APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısının yekunlarına dair mətbuat konfransında deyib.

O, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edib.

“Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı lazımı hüquqi sənədlər var. Problemin həlli üçün daha çox səy göstərilməsi lazımdır. Mən həmsədrlərin bu prosesi yekunlaşdırmamasını anlamıram. Bunun üçün ciddi addımlar atılmalıdır”, - deyə Ərdoğan qeyd edib .












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru