Türküyə 1 dəqiqədə hər şeyini itirə bilər - XƏBƏRDARLIQ

16-04-2016, 21:02           

“Yeni dünyada genişmiqyaslı kiber hücumla Türkiyə 60 saniyədə hər şeyini itirə bilər”.


Publika.az xəbər verir ki, bu barədə “Havelsan” (Hava Elektronik Sənaye) rəhbəri Yücel Bağrıaçık bildirib.

Onun sözlərinə görə, Türkiyədə kiber müdafiə sahəsində istifadə olunan ləvazimatların 97 faizi xaricdən idxal olunur: “Cəmi 3 faizi yerli istehsaldır. Bu sayı artırmaq məcburiyyətindəyik. Əgər yeni bir kiber müharibə olarsa, 1 dəqiqə içində hər şeyimizi itirə bilərik. Ötən il 5 dəqiqəlik hücumla elektrik enerjisi dayandı. Əgər bu cür hallarla qarşılaşmaq istəmiriksə, o zaman 97 faizlik idxalı 3 faizə endirməli, yerli istehsalı isə 97 faizə çatdırmalıyıq”.


“Havelsan” rəhbəri vətəndaşlara sosial şəbəkələrdə şəxsi məlumatları paylaşmamaq tövsiyəsini də verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru