Türkiyədə təyyarənin qəzaya düşmə anı - VİDEO

26-04-2022, 00:04           
Türkiyədə təyyarənin qəzaya düşmə anı - VİDEO
Bu gün Türkiyənin Bursa vilayətinin Osmanqazi rayonunda təyyarə qəzası olub. Hadisə Bursanın Yunuseli Hava Limanı yaxınlarında, yaşayış ərazisində baş verib.
Modern.az xəbər verir ki, təyyarə qəzası zamanı pilot və onun tələbəsi həlak olub. İlkin məlumata əsasən, hadisənin yaşayış bölgəsində baş verməsinə baxmayaraq, əhali arasında xəsarət alan olmayıb.
Qəzadan sonra təyyarədə baş verən yanğın söndürülüb. Hadisə ilə bağlı açıqlama verən Bursa valisi Yakup Canbolat Yunuseli Hava Limanından təlim məqsədilə havaya qalxan təyyarənin texniki səbəbdən qəzaya uğradığını bildirib.
Türkiyə mediasında təyyarə qəzasının baş vermə anının görüntüləri yayılıb. Həmin görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru