“Türkiyə bazalarını biz hədəf aldıq” – İrandan ŞOK

8-05-2022, 08:14           
“Türkiyə bazalarını biz hədəf aldıq” –
SEPAH-ın sabiq kəşfiyyat rəisi Hüseyn Taibin qardaşı, eyni zamanda “Əmmar” qərargahının rəhbəri Mehdi Taibin Türkiyə ordusu ilə bağlı səs yazısı ortaya çıxıb.

Teref.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Haber7.com” saytı məlumat yayıb.

Bildirilir ki, səs qeydində M.Taib “Türkiyə Silahlı Qüvvələrinin İraqdakı bazalarını biz hədəf aldıq” ifadələrini işlədib.

Eyni zamanda, M.Taibin Ankaranın ABŞ-ın sanksiyalarından yan keçmək üçün İranla əməkdaşlıq etdiyini, Türkiyənin neft idxalından asılı olduğunu və müharibə ehtimalında İranın Türkiyə limanlarını ballistik raketlərlə vuracağını dediyi iddia olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru